Yazını böyüt
Yazını kiçilt
Moskva-Naxçıvan marşrutu üzrə uçan sərnişin təyyarəsində qeyri-adi hadisə baş verib.
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, “Utair” aviaşirkətinə məxsus təyyarə Xəzər dənizi üzərində uçarkən sərnişinlərdən biri qəfil xidmət qapısını açmağa cəhd edib.
Nəticədə bortda siqnalizasiya sistemi işə düşüb. Təyyarə bələdçiləri qadını vaxtında saxlayaraq mümkün təhlükənin qarşısını alıblar.
Daha sonra məlum olub ki, sərnişin tualeti axtararkən qapıları səhv salıb və xidmət qapısını açmağa çalışıb.